Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü

19:42 | 02.11.2021
Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü

Qanunsuz heyvan kəsimi məntəqəsi söküldü

Qaradağ rayonunun Sahil qəsəbəsində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.

Anews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM