Qanunsuz yolla Gürcüstandan Azərbaycana keçmək istəyən 10 nəfər saxlanıb

12:10 | 16.05.2024
Qanunsuz yolla Gürcüstandan Azərbaycana keçmək istəyən 10 nəfər saxlanıb

Qanunsuz yolla Gürcüstandan Azərbaycana keçmək istəyən 10 nəfər saxlanıb

"Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

Bu barədə "Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM