Qar uçqunu “Google”un əməkdaşını öldürdü

10:00 | 26.04.2015
Qar uçqunu “Google”un əməkdaşını öldürdü

Qar uçqunu “Google”un əməkdaşını öldürdü

Nepalda baş verən güclü zəlzələ səbəbilə Everest dağı yamacında olan bəzi alpinistlərlə yanaşı, "Google” şirkətinin əməkdaşı da həlak olub. 

ANS PRESS-in məlumatına görə, "Google” şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakı zəlzələ səbəbindən Everestdən enərkən qar uçqununun altında qalıb. Biznesmenin Everest zirvəsinə qalxması ilə məşğul olan Britaniyanın "Jagged Globe” şirkəti bu barədə xəbər yayıb. 

Xəbərdə bildirilir ki, komanda üzvlərindən olan D.Fredinburq hadisə yerində dünyasını dəyişib, iki nəfər isə travmalarla xilas ola bilib. 

Qeyd edək ki, Daniel Fredinburq "Google” şirkətində "Google X” yeni layihələr laboratoriyasında yüksək vəzifədə işləyirdi. Alpinizm isə onun hobbiləri arasında göstərilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM