"Qarabağ” ilə “Liv Bona Dea Hospital” arasında müqavilə imzalanıb - FOTOLAR

17:50 | 24.08.2022

"Qarabağ” ilə “Liv Bona Dea Hospital” arasında müqavilə imzalanıb - FOTOLAR

"Qarabağ” FK və "Liv Bona Dea Hospital” arasında çərşənbə günü birgə əməkdaşlıq barədə müqavilə imzalanıb.  Müqaviləni futbol klubu adından onun direktoru Emrah Çelikel, hospital tərəfindən isə baş direktor  imzalayıb. 

Müqaviləyə əsasən, "Liv Bona Dea Hospital” "Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komanda üzvləriə  tibbi xidmət göstərəcək. 
 

"Liv Bona Dea Hospital”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Orucov hospitalın "Qarabağ” futbol klubunun sağlamlığı ilə bağlı bütün məsələlərdə dəstək göstərməyə çalışacağını bildirib.

 

"Biz Liv hospital olaraq hər zaman idmanı dəstəkləmişik. Türkiyədə "Qalatasaray”, "Fənərbağça” və digər böyük idman klubları ilə bərabər çalışırıq. Azərbaycanda isə "Qarabağ”la müqavilə imzalamışıq. "Qarabağ” futbol klubu üzvlərinin sağlamlığı ilə bağlı bütün məsələlərdə dəstək göstərməyə çalışacağıq”, - Samir Orucov bildirib. 

 

Onun sözlərinə görə,  hospital "Neftçi" futbol klubu ilə oxşar müqaviləyə malikdir. 


 

 
Emrah Çelikel  "Qarabağ”ın  UEFA Çempionlar Liqasını tərk etməsindən təəssüfləndiyini bildirib. 

"Hər bir komanda kimi biz də qazanmaq üçün oraya getmişdik.  Ancaq nəticə hər birimizi üzdü. Komanda əzmkarlıq göstərdi və əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Biz hamımız onlarla fəxr edirik. İnanırıq ki, UEFA Avropa Liqasında gözəl nəticələr qazanacağıq”, - Emrah Çelikel deyib.

Komandaya yeni transfer məsələsinə aydınlıq gətirən direktor bildirib ki, Qurban Qurbanov necə istəyirsə elə də olacaq.

"Qurban Qurbanov necə deyirsə elə də olacaq. Bu, bizim məsuliyyətdən qaçmaq üçün yox, baş məşqçiyə olan güvənimizi nümayiş etdirmək üçündür. Rəhbərlik sona kimi onun və futbolçuların arxasındadır. Gücümüz birliyimizdədir”,  - Çelikel bildirib.
 


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)  Müşahidə Şurası yaratmaq barədə "Qarabağ" klubuna etdiyi təklifə gəlincə Emrah Çelikel deyib ki,  komanda bu təklifdən imtina edib. 
 


"Qarabağ" futbol klubunun öz idarəetmə strukturu var. Bu struktur  peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş strukturdur.  Bu barədə AFFA-dan təklif gələndə imtina etdik və səbəbini onlara izah etdik", - o bildirib. 
 
Sadiq Cavadov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti