AZXEBER.COM-un xəbərinə görə, təmsilçimiz "Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !