• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qarabağ məsələsi Lissabonda müzakirə olundu

Qarabağ məsələsi Lissabonda müzakirə olundu
19.12.2013 09:44
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev dekabrın 18-də Portuqaliya parlamentində sözügedən qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşlə regionda mövcud olan münaqişələrin həlli məsələlərini müzakirə edib.Azay Quliyev regionda sülhün və təhlükəsizliyin təmini üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər əsasında həll olunmasının vacibliyini bildirdi. Azərbaycan millət vəkili münaqişənin həlli ilə bağlı ATƏT-in vasitəçilik missiyasının nəticə vermədiyini və bu uğursuzluğun əsas səbəbinin Minsk qrupunun həmsədr ölkələrində olduğunu qeyd etdi.Azay Quliyev bu ilin iyul ayında ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında səsləndirdiyi təklifi bir daha xatırladaraq, Minsk Konfransının çağırılmasının və həmsədrlik institunun tərkibinə yenidən baxılmasının, o cümlədən Türkiyənin problemin həllinə yaxından cəlb edilməsinin vacibliyini vurğuladı.Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv bir hesabatın hazırlanmasını və Parlament Assamblyeasının müzakirəsinə təqdim olunmasını da xahiş etdi.Joao Suareş münaqişənin həllinin uzanmasından ciddi narahat olduğunu, hələ 2008-2010-cu illərdə ATƏT PA-nın prezidenti olan zaman dəfələrlə bölgəyə səfər etdiyini, Azərbaycan və Ermənistanın prezidentləri ilə məsələni müzakirə etdiyini bildirdi. Son zamanlar hər iki ölkənin dövlət başçıları ilə keçirdiyi görüşlərdə gəldiyi nəticəni bölüşərək bildirdi ki, Azərbaycan tərəfinin münaqişəni həll etməkdə daha çox konstruktiv mövqe tutduğunun şahidi olsa da, eyni nikbinliyi Ermənistan haqqında demək mümkün deyildir.O, Türkiyənin problemin həllində daha yaxında iştirak etməsi fikrinə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının faydalı olacağına inandığını bildirdi.Joao Suareş bölgədəki münaqişələrin həlli ilə bağlı hesabatın hazırlanması haqqında Azay Quliyevin təklifini bəyəndiyini və ATƏT PA-nın növbəti sessiyasına kimi belə bir sənədin müzakirəyə təqdim edilməsinin istisna olunmadığını vurğuladı. //Qaynar.info
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol