"Qarabağ" - "Partizani" matçının biletləri satışa çıxarılıb

23:00 | 11.07.2019

"Qarabağ" - "Partizani" matçının biletləri satışa çıxarılıb

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) görüşünün biletləri satışa çıxarılıb. 

Klubdan APA-ya verilən məlumata görə, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək qarşılaşmanı canlı izləmək istəyənlər bu gündən etibarən biletləri əldə edə bilərlər. 

Biletlərin ən ucuzu 2, ən bahası 50 manatadır. Həmçinin sektorlar üzrə 5 və 10 manata da bilet əldə etmək mümkündür.
 
Qeyd edək ki, ilk görüşdə heç-heçə edən komandaların Bakıdakı cavab oyunu saat 21:00-da başlayacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb