Fevralın 7-də İkinci Qarabağ müharibəsinin qaziləri Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində yardıma ehtiyacı olan şəxslərə dəstək məqsədilə bəyanat oxuyub.
"Azərbaycan xalqından türkiyəli qardaşlarımıza yardım etmələrini xahiş edirik. Bu bizim qardaşlıq borcumuzdur. Onlar bizə 44 günlük müharibədə canla-başla yardımlarını əsirgəmədilər. Hazırda onların yanında olmaq bizim borcumuzdur. Qəbul edilən yardımlar qaimələr əsasında qeydiyyata alınacaq. Hər biri öz ünvanına çatacaq. Sizdən xahiş edirik, toplanan yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasına gətirilsin",- bəyanatda vurğulanıb.
Anews.az saytı qazilərin səfirliyin qarşısında oxuduğu bəyanatı təqdim edir:
Çərşənbə axşamı, Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasında toplanır.

Azərbaycan prezidentinin tapşırığı ilə də ilk humanitar yardım Türkiyəyə yola salınıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !