"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la keçirilən ilk oyununun (2:1) hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək.
Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Ukraynalı baş hakim Sergey Boyko görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın ikinci qolunun müəllifi Reynaldo Silvaya birbaşa qırmızı vərəqə verərək onu meydandan qovub. "Qarabağ" klubu isə həmin epizodda qayda pozuntusunun olması ilə razılaşsa da, hakimin qırmızı vərəqə qərarına etiraz edib. Klub rəsmisinin sözlərinə görə, bu gün məsələ ilə bağlı UEFA-ya şikayət ərizəsi göndəriləcək.
Qeyd edək ki, UEFA-nın apellyasiya komitəsi "Qarabağ"ın şikayətinə komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidir.
Xatırladaq ki, görüşün baş hakimi "Qarabağ"dan Admir Teli, "Zalsburq"dan isə Kristian Şveqleri də meydandan qovub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !