Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. Bu barədə ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
İlkin mərhələdə universitetdə 800-1000 tələbə təhsil alacaq.
İlkin mərhələdə universitetdə 800-1000 tələbə təhsil alacaq.
Xankəndində həmçinin Qarabağ Universitetində 1 peşə təhsil müəssisəsinin yaradılması planlaşdırılır.
Sosial Tədqiqatlar Mərkəzinin tələbələr arasında keçirdiyi rəy sorğusuna görə 35,3% tələbə Qarabağ universitetində oxumaq istədiyini bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !