• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Qarabağ Universitetinə əcnəbi tələbə qəbulu olmayacaq

Qarabağ Universitetinə əcnəbi tələbə qəbulu olmayacaq
17.05.2024 12:08
Qarabağ Universitetinə bu il üçün əcnəbi tələbə qəbulu nəzərdə tutulmayıb. Bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

Direktor bildirib ki, Qarabağ Universiteti kontekstində hələlik belə bir plan yoxdur.

"Əcnəbi tələbə qəbulu üçün ilk növbədə universitet özünü tanıtmalıdır. Nəzərə alsaq ki, hələ bizim universitetimiz universitetlərdən ibarət bazalarda yoxdur. Olmaması da normaldır, çünki hələ fəaliyyətə başlamayıb. Lakin növbəti illərdə, yəqin ki, əcnəbi tələbə qəbulu da aparılacaq", - o qeyd edib.

Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol