Qarabağ universitetinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

16:29 | 30.11.2023
Qarabağ universitetinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

Qarabağ universitetinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, indiki təhlilərə görə orada 800-1000 tələbə təhsil alacaq.

"Bu rəqəm dəyişə bilər. Mövcud vəziyyətə görə növbəti mərhələlərdə bunu daha dəqiq deyə bilərik. Müəllim heyəti olaraq 30-40 akademik şəxslərin ora yerləşdirilməsi nəzərdə tutulur,"- nazir noyabrın 30-da jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
 
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib
 
Qarabağ universitetində ilkin mərhələdə 4 fakültənin keçirilməsi nəzərdə tutulub.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM