Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində dərslər sentyabrın 23-ü başlayacaq

11:32 | 10.09.2024
Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində dərslər sentyabrın 23-ü başlayacaq

Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində dərslər sentyabrın 23-ü başlayacaq

Qarabağ və Türkiyə-Azərbaycan Universitetləri bu ildən fəaliyyətə başladığından onlarda  yeni tədris ili digərlərindən fərqli olaraq bir həftə gec başlayacaq. Bunu  elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
 
"Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq. Sentyabrın 15-dən isə tələbələrin yataqxanalara yerləşdirilməsinə başlanacaq",  -  nazir bildirib. 

Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüd  isə tələbələrin qeydiyyat prosesi  başa çatandan sonra müəyyən ediləcək.
 
"Artıq  bu universitetlərə tələbələrin 99%-nin qeydiyyatı başa çatıb. Onların hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi də planlaşdırılırb Eyni zamanda bəzi özəl şirkətlər də bu prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsinə təşəbbüs göstəriblər".
 
Gülnar


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM