"Biz həm Laçın, həm də Ağdam marşrutu ilə regiona humanitar yardımın maneəsiz çatdırılmasının tərəfdarıyıq və eyni zamanda bu məsələnin lüzumsuz siyasiləşdirilməsinin qarşısını almağa çağırırıq”, - deyə o bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyyatı idarələr vasitəsilə bütün maraqlı tərəfdaşlarla daimi əlaqə saxlayır və Qarabağdakı "humanitar böhran"ın həlli üçün addımlar atır.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, İrəvandan Qarabağdakı vəziyyətlə bağlı siyasi ritorika qəbuledilməzdir.
Bu yaxınlarda İtaliyanın "La Repubblica” nəşrinə müsahibəsində Paşinyan xüsusilə qeyd edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın üzərinə götürdüyü missiyanı yerinə yetirmir.
Azərbaycanla Ermənistan Qarabağa humanitar yüklərin daşınmasını Ağdam yolundan aparılması ilə bağlı razılağa gəlib. Lakin Ermənistan bu yoldan istifadə etməkdən imtina edir. Nəticədə Azərbaycanın razılığı olmadan Laçın yolundan Xankəndinə humanitar yüklərin daşınmasına cəhd edir. Azərbaycanın icazəsi olmadan bu addımın atılmasına görə, Rəsmi Bakı buna icazə vermir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !