Sentyabrın 29-da "TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimi keçirilib.Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran "Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib. İraqda tapılan azərbaycanlı uşaqların dəhşətli görüntüləri yayılıb.Rəsmi Tehran İran şirkətlərinin İraq Kürdüstanı ilə neft və neft məhsulları üzrə ticarət etməsini müvəqqəti olaraq qadağan edib. İŞİD Suriyanın Rakka vilayətinin mərkəzində ABŞ-ın dəstəklədiyi PKK/PYD güclərinə qarşı hücuma keçib.
ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bunu ABŞ-ın Miçiqan ştatının senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnamə qəbul etməsi barədə xəbərə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran "Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib. Haker qrupumuz sosial şəbəkə hesabında Azərbaycan SSR-də Dağlıq Qarabağın xəritələrini paylaşıb. Qrup bu xəritələri haradan əldə etdiyi haqda heç bir məlumat verməsə də, onların Ermənistanın sisteminə müdaxilə etdiyi ehtimal olunur.
Bu xəritə Ermənistanın Dağlıq Qarabağa iddialarını bir daha alt-üst edir.
Qeyd edək ki, azərbaycanlı hakerlər indiyə qədər dəfələrlə Ermənistanın kompüter sisteminə müdaxilə edərək, dövlət saytlarını dağıdıb, həmçinin, lazımi informasiyalar əldə ediblər.
Daha əvvəl "Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Avrasiya İqtisadi İttifaqından çıxış haqqında məsələ oktyabrın 3-də parlamentin plenar iclasında müzakirə ediləcək.
Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu.
Seçki bülletenlərində vətəndaşlardan "Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib.
Türkiyə-İraq sərhədində "Dəclə qalxanı” əməliyyatına çevrilə biləcək hərbi təlimlər davam edir.Hərbi təlimlər İraq kürd muxtariyyətinə müdaxilə ilə nəticələnə bilər.
Məsud Bərzani üçün gözdağına çevrilən hərbi təlimlərin 11-ci günü geridə qalıb. Türkiyə ordusu İraq hərbçiləri ilə birlikdə tüstü bombaları, "Sabra” tankları, zirehli nəqliyyat vasitələrindən istifadə etməklə düşmən mövqelərini ələ keçirmə əməliyyatlarını uğurla yerinə yetirib.
"Məsud Bərzaninin qondarma respublika elan edəcəyi halda iki ölkənin hərbi qüvvələri birgə əməliyyat keçirəcək. Həmin əməliyyatın adı "Dəclə qalxanı” olacaq”, - Türkiyə mediası iddia edib.
Rəsmi Tehran İran şirkətlərinin İraq Kürdüstanı ilə neft və neft məhsulları üzrə ticarət etməsini müvəqqəti olaraq qadağan edib. İxracı əsasən neft və neft məhsullarından ibarət olan İraq Kürdüstanının İranın bu qadağasından ciddi əziyyət çəkəcəyi ehtimal edilir.
"Güney xalqımızın iradəsinə hörmətlə yanaşırıq. Onlara hücum olsa, biz hücum edənləri vuracağıq. Bərzani ilə PYD arasındakı ixtilaflar sadəcə təfərrüatdır”, – deyə o bildirib.
Qeyd edək ki, PYD PKK terror təşkilatının Suriya qanadıdır.
Şimali İraq kürd muxtariyyəti nəzarətində olan hava limanları və sərhəd keçid məntəqələri İraq hökumətinə təslim etməkdən imtina edib. Bu haqda Ərbildə fəaliyyət göstərən "Rudav” telekanalı məlumat yayıb.
İŞİD terror təşkilatı Suriyanın Rakka vilayətinin mərkəzində ABŞ-ın dəstəklədiyi PKK/PYD güclərinə qarşı hücuma keçib. "Anadolu” agentliyinin etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, mərkəzin şərqində dünən gecə saatlarda şiddətli döyüşlər olub.
ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadiyə məxsus olduğu iddia edilən səs qeydi üzərində araşdırma aparıb. ABŞ Milli Kəşfiyyat Agentliyinin sözçüsü "Bağdadiyə aid olduğu deyilən səs qeydini araşdırırıq. Bu səs qeydinin ona aid olması ilə bağlı əlimizdə dəlil yoxdur, ancaq yenə də dəqiqləşdirməliyik”, - deyib.
Səs qeydində Bağdadinin Türkiyə, İran və Rusiyanın Astanadakı Suriya müzakirələri ilə bağlı danışdığı bildirilib.
Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi zərbələr nəticəsində Bağdadinin öldüyü barədə ehtimallar bir neçə mənbədən təsdiqlənsə də, sonradan onun ölmədiyi iddia edilmişdi.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda Ukraynaya işləyən iki rusiyalını saxlayıb. FTX-nin mətbuat xidmətindən verilən məlumata görə, rusiyalılar Ukrayna xüsusi xidmət orqanlarına Rusiyanın Qara dəniz donanmasının fəaliyyəti haqqında informasiya verirdilər.
"Simferepolda Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusya vətəndaşları Dmitri Dolqopolov və Anna Suxonosova saxlanılıb”, - xəbərdə deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !