• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Qarabağa avtobus reyslərinə fevral üçün biletlər satışa çıxarılacaq

Qarabağa avtobus reyslərinə fevral üçün biletlər satışa çıxarılacaq
31.01.2025 14:58
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər 1 fevral 2025-ci il saat 11:00-da satışa çıxarılacaq. Bu barədə AYNA-dan məlumat verilib.

Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1883 reys həyata keçirilib, 42378 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Cəmiyyət 21:33
Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Cəmiyyət 21:28
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:11
Ramazanın 14-cü gününün duası,imsak və iftar vaxtı
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
Cəmiyyət 20:38
Qanunsuz kömür istehsal edən şəxslər cərimələnib
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 19:30
"Fish home" restoranında ciddi nöqsanlar aşkarlanıb
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Cəmiyyət 18:45
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək
Vardanyan aclıq aksiyasını dayandırıb
Cəmiyyət 18:25
Vardanyan aclıq aksiyasını dayandırıb
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Cəmiyyət 18:19
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol