Qarabağa ayrılan vəsaitin həcmi artırılır - Məbləğ

17:23 | 16.10.2023
Qarabağa ayrılan vəsaitin həcmi artırılır - Məbləğ

Qarabağa ayrılan vəsaitin həcmi artırılır - Məbləğ

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün 3 milyard 825 milyon manat vəsait ayrılıb. Bu barədə  Maliyyə Nazirliyinin "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim olunan layihəsində qeyd olunub. 
 
Cari il Qarabağın bərpası üçün 3 milyard manat ayrılıb. 
 
Ümumilikdə 2021-2022-ci illərdə Qarabağda yenidənqurma və bərpa işlərinə 6,4 milyard manat pul yönəldilib. 
 
Azərbaycan iki ildə işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard dollardan çox vəsait xərcləyib.
 
Bundan əvvəl maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib ki, 2023-cü ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda layihə və tədbirlərin maliyyələşdirilməsinə 8,4 milyard manatdan çox vəsait ayıracaq.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti