"Qarabağa gedən türklər axtarışa verildi"

11:38 | 30.09.2017

"Qarabağa gedən türklər axtarışa verildi"

"Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi başlanılıb və onlar barəsində beynəlxalq axtarış elan olunub". İstiPress-in məlumatına görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. "Həmin şəxslərin ermənipərəst mövqeyi ilə tanınan şəxslərdi və PKK-nı dəstəkləyirlər, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq və onları bütün ölkələrdə izləyəcəyik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM