Ermənistanda "Türkiyə ziyalıların bir qrupu” adlandırılan türk yazıçılarının Dağlıq Qarabağda nə iti azmışdı?
Azərbaycan baş prokurorluğundan bildiriblər ki, özünü yazıçı adlandıran 4 nəfər Türkiyə vətəndaşı Ermənistanın rəsmi dairələri ilə əlaqəyə giriblər və Azərbacanın işğal edilmiş torpaqlarına icazəsiz səfər ediblər.
Təbii ki, ermənilər Azərbaycan xalqını düçar etdikləri əzablar, Xocalı soyqırımı barədə bir kəlmə də danışmayıblar. Düşünmürəm ki, çox sayda Azərbaycan vətəndaşını öldürmüş ermənilərlə belə görüşlər bu yazıçıların yaradıcılığına nəsə müsbət təsir göstərəcək. Amma düşünürəm ki, Türkiyənin özündə də onların işğal edilmiş Azərbacan ərazilərinə yaradıcılıq ezamiyyəti qəzəbə səbəb olacaq.
Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi qaldırılıb. Türkiyə hüquq-mühafizə orqanlarına onların həbsi ilə bağlı müraciət göndərilib. Türkiyənin bu "ziyalı qrupunun” üzvlərinə qarşı beynəlxalq axtarış da elan ediləcək.
Mais Məmmədov
əməkdar jurnalist
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !