​Qarabağa qanunsuz səfər etmiş iş adamına cinayət işi

09:43 | 18.07.2015
​Qarabağa qanunsuz səfər etmiş iş adamına cinayət işi

​Qarabağa qanunsuz səfər etmiş iş adamına cinayət işi

Bu yaxınlarda Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına səfər etmiş rusiyalı iş adamı German Sterliqə qarşı cinayət işi qaldırılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Artur Ayrapetov məlumat verib.

Onun sözlərinə görə, iş adamı böhtan atmaqda ittiham olunur və bu səbəbdən Sterliqin Rusiya ərazisini tərk etməklə bağlı problemi yaranıb.

"German Lvoviç və mənə - onun vəkilinə qarşı şəxsi xarakterli şikayət ərizəsi verilib. Belə ərizələr məhkəməyə veriləndə, iş avtomatik olaraq açılır. Böhtan haqqında iş: xüsusilə, Sterliq və mən ittiham olunuruq", - deyə o bildirib.

Onun sözlərinə görə, cinayət işinin qaldırılması hazırda İsrail ərazisində yaşayan Milana Qorenşteynin təşəbbüsü ilə qaldırılıb.
"[İddia] Tel-Əvivdə yaşayann İsrail vətəndaşı tərəfidən irəli sürülüb. Bundan əlavə, mənim vəkil statusundan məhrum edilməyim tələbi ilə Moskva şəhər Vəkillər Palatasına da ərizə verilib", — deyə Ayrapetov bildirib.

Xatırladaq ki, German Sterliqov təxminən bir ay öncə həyat yoldaşı Alyona və beş uşağı ilə birlikdə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa köçüb. O, qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununu pozduğu üçün "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM