“Qarabağ”a texniki məğlubiyyət verilir - Biabrçılıq!

10:35 | 11.08.2014
“Qarabağ”a texniki məğlubiyyət verilir - Biabrçılıq!

“Qarabağ”a texniki məğlubiyyət verilir - Biabrçılıq!

Topaz Premyer Liqasının I turundakı biabırçılıq yalnız “Bakı”nın mövsümün ilk oyununa hazır olmamasıyla yekunlaşmayıb. ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, dünən keçirilən “Sumqayıt” – “Qarabağ” oyununda da böyük bir rüsvayçılıq yaşanıb. Belə ki, “Qarabağ”ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzində meydana daxil oldu. Halbuki, həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzində meydana buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozulub. O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından hətta sonadək meydanda olub (futbolinfo.az).Qeyd edək ki, buna görə, “Qarabağ”a texniki məğlubiyyət veriləcək. Halbuki, son çempion səfər oyununda 3:0 hesabıyla qalbi gəlmişdi.Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də faktı təsdiqləyib. O, apasport.az saytına açıqlamasında bildirib ki, limiti pozduğuna görə, “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti