• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Qarabağda biznes qurmaq üçün müraciət edən xarici şirkətlərin sayı açıqlanıb

Qarabağda biznes qurmaq üçün müraciət edən xarici şirkətlərin sayı açıqlanıb
08.06.2023 12:25
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq üçün müraciətedənlərin 500-ə yaxını xarici şirkətlərə məxsusdur. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində bildirib. 
 
Onun sözlərinə görə, bu günə kimi ümumilikdə 1 400-dən artıq müraciət daxil olub.

"Bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir.  Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Biz həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də orada biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işləri davam etdiririk", - sədr əlavə edib.
 
KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşıb Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3%-dən 59,8%-ə yüksəlib.
 
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 10:02
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT

Qazaxda beşaylıq körpə ölüb
Cəmiyyət 09:29
Qazaxda beşaylıq körpə ölüb
Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:57
Sumqayıtda yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 22:57
Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb
Cəmiyyət 22:34
Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb
Qəza səbəbindən Buzovna-Mərdəkan yolunda tıxac yaranıb
Cəmiyyət 19:50
Qəza səbəbindən Buzovna-Mərdəkan yolunda tıxac yaranıb
Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - Yenilənib
Cəmiyyət 19:11
Novxanıda dənizdə batan məktəblilərin meyitləri tapılıb - Yenilənib
Daha bir marşrut xətti avtobusları yeniləyir
Cəmiyyət 16:43
Daha bir marşrut xətti avtobusları yeniləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol