Qarabağda ərazilərin 13 faizi minalardan təmizlənib - Hüseynov

14:38 | 03.11.2022
Hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərin 13% minalardan təmizlənib. Bunu Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

"Bütün çətinliklərə baxmayaraq, Azərbaycan digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan artıq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərinin 13%-ni minalardan və partlamamış hərbi sursatlardan təmizləyib", - Hüseynov cümə axşamı "İlham Əliyevin rəhbərliyi altında konfliktsonrası tikintinin modeli" adlı konfransda deyib. 

Xüsusi nümayəndə əlavə edib ki, minalardan təmizləmə işləri davam edir.

Konfransda verilən məlumatlara görə, bu günədək Ağdam rayonu ərazisinin 23 faizi, Füzuli rayonunun 18 faizi, Tərtər rayonunun 12 faizi (Suqovuşan kəndi və Talış kəndi) minalardan təmizlənib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb