• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib

Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib
30.09.2020 21:12
Dağlıq Qarabağda yerli əhalinin, eyni zamanda hərbi qarnizon personalının ailələrinin Ermənistan ərazisinə kütləvi təxliyəsi davam edir.
Ermənilər əşyalarını, əmlaklarını, evlərini, mal-qarasını ataraq qaçırlar.
Armiya.az xəbər verir ki, evlərini tərk edərək qaçan Qarabağ ermənilərinin və erməni hərbçilərinin ailələrinin, xüsusən Xankəndi və Ağdərədəki evləri heç də uzun müddət boş qalmayıb, tezliklə orada Eçmiədzindən olan soyğunçular peyda olub.

Sosial şəbəkələrin erməni seqmentində yayımlanan məlumatlara görə, təpədən dırnağa qədər silahlanmış soyğunçular, orada qalmış az sayda sakinlərə özlərini "Ermənistandan olan xilaskarlar” yaxud "Livan erməniləri” kimi  təqdim edərək evlərə girib əşyaları oğurlayır və qaçırdıqları yük maşınlarına yükləyirlər.
Onlar əmlakın qarət edilməsi məqsədi ilə yerli sakinləri qətlə yetirməkdən də çəkinmirlər.
Qarabağı tərk edərkən sözügedən qarətçilərlə erməni hərbçiləri arasında silahlı qarşıdurma da baş verib.
Silahlı toqquşma nəticəsində bir neçə soyğunçu yaralanıb, öldürülənlər var.  
Öldürülənlərin şəxsiyyətlərini müəyyən edərkən maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, bu şəxslər keçmiş başçıları Manvel Qriqoryana sadiq qalan, Eçmiədzində fəaliyyət göstərən "Yerkrapa” adlanan qruplaşmasının keçmiş və hazırkı üzvləridir. Bildiyimiz kimi, bu qruplaşmanın üzvləri Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra da talançılıqla məşğul olublar.
Dindirilmə zamanı sağ qalan soyğunçular Manvel Qrigoryan və oğlu, Eçmiədzinin keçmiş meri Karen Qriqoryanın əmri ilə Qarabağa gəldiklərini etiraf ediblər.
Bəzi məlumatlara görə, sürətlə boşaldılan Qarabağda Ermənistandan gəlmiş və Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına tabe olan bir neçə soyğunçu dəstə fəaliyyət göstərir.(oxu.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol