• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Qarabağda minaların olması hələ də problem yaradır - XİN

Qarabağda minaların olması hələ də problem yaradır - XİN
31.01.2025 10:18
Qarabağda minaların olması hələ də böyük problem kimi qalır.  Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
 
"Azərbaycandan minalardan əziyyət çəkən ölkələrdəndir. Qarabağda minaların olması bizim üçün hələ də maneələr yaradır", - nazir müavini "BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) "Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı bildirib. 
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dubaydan Kazana uçan təyyarə Bakıda eniş edib
Cəmiyyət 00:57
Dubaydan Kazana uçan təyyarə Bakıda eniş edib
Astarada zəlzələ olub
Cəmiyyət 23:27
Astarada zəlzələ olub
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Cəmiyyət 23:11
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 19:38
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
Cəmiyyət 18:45
Daha 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edildi
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:54
3 şəxs Rusiya və Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:40
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Futbola görə metro gecə 1-dək işləyəcək
Cəmiyyət 17:35
Futbola görə metro gecə 1-dək işləyəcək
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Cəmiyyət 17:25
"Qurtuluş"a qarşı cinayət işi açılıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol