Qarabağda torpaqlara dəyən ziyan COP iştirakçılarına çatdırılmalıdır - Sədr

13:37 | 21.10.2024
Qarabağda torpaqlara dəyən ziyan COP iştirakçılarına çatdırılmalıdır - Sədr

Qarabağda torpaqlara dəyən ziyan COP iştirakçılarına çatdırılmalıdır - Sədr

Azərbaycanın işğaldan azad olunan torpalqarına dəyən ziyanın detalları COP29 iştiraklarna çatdırılmalıdır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov deyib.
 
"Azərbaycana qarşı təhdidlər gözlənilən idi. Biz bu konfransdan istifadə edib Qarabağdakı torpaqlarımıza dəyən ziyanın detallarını göstərə bilərik. İqlim dəyişikliyi ilə bağlı olduğunu nəzərə alıb bu arqumenti əsas gətirə bilərik. 30 il ərzində torpaqlar bizdə olmayanda hansı zərərlərlə üzləşib bunu hər kəs bilməlidir”, - Məmmədov oktyabrın 21-də Milli Məclisdə "COP29-a qarşı hibrid təhdidlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. 
 
Azərbaycanda COP29 beynəxalq konfrasında 100-dən çox yüksək qonağın iştirakı gözlənilir.   COP29 əməliyyat şirkətinin məlumatına görə, hazırda 30 mindən çox  adam konfrasda iştirak üçün qeydiyyatdan keçib. 
 
Bu tədbir noyabrın 11-22-də Bakının "Olimpiya" stadionunda keçiriləcək. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM