Qarabağda və Şərqi Zəngəzurda 32 elektrik stansiyası tikilir

17:55 | 29.10.2024
Qarabağda və Şərqi Zəngəzurda 32 elektrik stansiyası tikilir

Qarabağda və Şərqi Zəngəzurda 32 elektrik stansiyası tikilir

Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 270 meqavat olan 32 elektrik stansiyası tikilir. Bu barədə "Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin nümayəndəsi Emil İbadov, adıçəkilən MMC və Azərbaycan Operativ Şirkəti COP 29-un birgə təşkil etdiyi tədbirdə məlumat verib.


İbadovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur özlərini tamamilə "yaşıl" enerji ilə təmin edə biləcək, həmçinin mümkün olan enerji artıqlarını xaricə ixrac etmək imkanı əldə edəcək.


O, qeyd edib ki, bu gün Azərbaycan Operativ Şirkəti COP29 və "Yaşıl Enerji Elektrik Stansiyası" MMC arasında memorandum imzalanıb. Memorandumu Azərbaycan Operativ Şirkəti COP29-un aparat rəhbəri Hikmət Mustafayev və "Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov imzalayıblar.


"Yaşıl Enerji Elektrik Stansiyası" MMC keçən ilin sentyabr ayında yaradılıb. 100,000 manat nizamnamə kapitalına malik şirkət Laçın şəhərində qeydiyyatdan keçib.


Lada Yevqraşina


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti