• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qarabağda vergi güzəştləri hamıya tətbiq edilməlidir - Zahid Oruc/VİDEO

Qarabağda vergi güzəştləri hamıya tətbiq edilməlidir - Zahid Oruc/VİDEO
18.11.2022 15:25
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayanların qalıcılığını artırmaq üçün onlara güzəştlər təqdim edilməlidir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili  Zahid Oruc bildirib. 
 
"Biz faktiki olaraq ərazilərimizin 100% hamısını azad hesab edirik. Belə düşünməliyik. Düşüncələrimizi bu istiqamətdə qurduğumuzda belə də olacaq. Çünki hansısa bir sülhyaradıcı qüvvənin müvəqqəti hardasa olması bu işğaldan azad olunmuş termin ifadəsini yarımçıq qoymur. Onu 93-95 faizdə saxlamır. Hökumət öz mövqeyindən geri durmalı deyil. Biz burada həm də ermənilərin yaşadığı yerlər üçündəmi müxtəlif stimullaşdırıcı və ya güzəştləri nəzərdə tuturuq? Hə deməliyik, çünki biz işğal dövründə erməni milyonçularının gətirib öz sərvətlərini Qarabağa yatırdığını görmədik, Ruben Vardanyan da çirkli pullarını ora xərcləməyəcək.",  - millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Millət vəkili həmçinin bildirib ki, Türkiyə ilə azad olunmuş torpaqlarda qurulan ilk birgə biznes layihəsinə qardaş ölkənin şirkətlərinin 120 milyon dollar vəsait yatarıcaqları xəbəri sevindiricidir. 
 
"Coğrafiyanı və xarici investisiyanın axını üçün mühüm proqramları tətbiq etməkdən ötrü uğurlu nümunələri Almaniya da daxil, öyrənməliyik. Nəticələrin uğurlu olması yalnız o bölgələr deyil, bütövlükdə gələcək Azərbaycan üçün uğurlu bir model ola bilər", Zahid Oruc vurğulayıb.

Qanun layihəsinə görə ,  işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən rezidentlər üçün xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır. 

İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yavrın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunur.
 
Qanun layihəsinə görə, fiziki şəxs olan istehlakçilar tərəfindən azad edilmiş ərazilə daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər iistisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.
 
Qanun layihəsi üzrə 42 bəndə əsas dəyişiklik edilib.
 

Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol