Qarabağdan Ermənistana köçürülənlərin sayı 70 min 500- nəfərə çatıb. Bu barədə Ermənistan mediasının yazdığına görə, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Baqdasaryan bildirib ki, onlardan 50 min 866-sı artıq uçota alınıb.
"İntensivlik azalmayıb və saatda 1000-ə yaxın insana xidmət, göndəriş və qeydiyyat davam edir”, - o əlavə edib.
Sentyabrın 21-də Yevlaxda Rəsmi Bakı nümayəndələri ilə Qarabağ icmasının erməniəsilli nümayəndələri arasında görüş keçirilib. Nümayəndələr Qarabağda yaşayan əhaliyə üçün qida və yananacağın ehtiyac olduğunu açıqlayıb. Bundan sonra Bakı Qarabağa qida və yanacaq yardımı göndərib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !