Qarabağı tərk etmiş erməni vətəndaşın bir qismi geri qayıtmağı planlaşdırır. Bu barədə Rusiya mətbuatı ölkənin XİN rəsmisi Mariya Zaxarovaya istinadan yazıb.
Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirdikdən sonra bölgəni tərk etmiş Dağlıq Qarabağ sakinləri öz evlərinə qayıda bilərlər.
Qarabağda separatçı rejimin ləğv olunması ilə bağlı qərar elan edildikdən sonra Ermənistan mətbuatı yazıb ki, ərazini 100 mindən çox erməni vətəndaşı tərk edib.
Bundan əlavə 30 ildən sonra Qarabağa BMT müşahidə missiyası baxış keçirib. Nəticə olaraq Qarabağda heç bir etnik təmizləmənin olduğunu müşahidə etmədiyini açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !