Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev
"Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək",- Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.
Sentyabrın 21-də Yevlaxda Qarabağ erməni nümayəndələri ilə Azərbaycan rəsmi nümayəndəsi arasında görüş keçirilib. Görüşdə erməni nümayəndələr Qarabağ əhalisinin qidaya və yanacağa ehtiyac olduğunu açıqlayıb.
Bundan sonra Azərbaycan Qarabağ erməniləri üçün bir neçə dəfə qida və yanacaq göndərib.
Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi də Ağdam yolu ilə Qarabağa humanitar yardım çatdırmasını təmin edib.
Gülnar
Bizi sosial şəbəkələrdə izləyin !