Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi

17:43 | 20.08.2018
“Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi

Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi

"Qarabağ” klubu növbəti dəfə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
 
Oxu.Az xəbər verir ki, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın III turunda "Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. 
 
"Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ” – "Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixinə keçirilməsinə qərar verib. 

 Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra "Zirə” – "Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixindən 25 avqust tarixinə keçirilib.
 
Xatırladaq ki, "Qarabağ” çempionatın ilk turunun "Zirə” ilə matçının da təxirə salınmasını xahiş etmişdi. Həmin matç avqustun 10-dan sentyabrın 26-na keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti