“Qarabağ”ın potensial rəqibləri azaldı - Avropa Liqasında

11:05 | 18.09.2020
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Anews.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək və saat 16:00-da başlayacaq.

Püşkatmadan əvvəl UEFA komandaları qruplara bölüb və "Qarabağ” 3-cü qrupda yer alıb. "Köhlən atlar” "Şerif” (Moldova) – "Dandalk” (Şimali İrlandiya), "Klaksvik” (Farer adaları) – "Dinamo” (Tiflis, Gürcüstan) və "Legiya” (Polşa) – "Drita” (Kosovo) cütündən birinə rəqib olacaq. 

Avropa Liqası, pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
Qarabağ (Azərbaycan)

Səpələnməmişlər
Şerif (Moldova) – Dandalk (Şimali İrlandiya)
Klaksvik (Farer adaları) – Dinamo (Tiflis, Gürcüstan)
Legiya (Polşa) – Drita (Kosovo)



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM