“Qarabağ”ın rəqibi müəyyənləşdi - Püşkatma

15:07 | 04.08.2017
“Qarabağ”ın rəqibi müəyyənləşdi - Püşkatma

“Qarabağ”ın rəqibi müəyyənləşdi - Püşkatma

Bu gün futbol üzrə Çempionlar Liqasının "play-off” mərhələsinin püşkü atılıb.

anews.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Qarabağ” komandasının da rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin rəqibi "Kopenhagen” klubu olub.

Qeyd edək ki, "play-off” mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək.

Qarabağ ilk oyununu evdə keçirəcək.

Digər cütlüklər:

APOEL (Kipr) - "Slaviya” (Çexiya)

"Olimpiakos” (Yunanıstan) – "Riyeka” (Xorvatiya)

"Seltik” (Şotlandiya) - "Astana” (Qazaxıstan)

"Hapoel” (Beyer-Şeva, İsrail) - "Maribor” (Slovaniya)

"Başakşəhər” (Türkiyə) - "Sevilya” (İspaniya)

"Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

"Napoli” (İtaliya) - "Nitsa” (Fransa)

"Hoffenhaym” (Almaniya) - "Liverpul” (İngiltərə)

"Sportinq” (Portuqaliya) - "Styaua” (Rumıniya)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM