“Qarabağ”ın yeni transferləri kimlər olacaq?

13:15 | 25.05.2018
“Qarabağ”ın yeni transferləri kimlər olacaq?

“Qarabağ”ın yeni transferləri kimlər olacaq?

Qapıçıdan tutmuş hücumçuya qədər komandanın bütün mövqelərinə futbolçu almağı planlaşdırırq.

Bu sözləri Axar.az-a açıqlamasında "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov kluba yeni transferlərin olub-olmaması barədə danışarkən söyləyib. O bildirib ki, hazırda danışıqlar prosesi gedir:

"Adıçəkilən 9 oyunçunun müqavilə müddəti başa çatmışdı. Müəyyən səbəblərdən yeni müqavilə imzalanmadı.

Hazırda hansı ölkələrdən futbolçu almaq məsələsini açıqlamağımız mümkün deyil. Çünki danışıqlar apardığımız oyunçulardan bəzilərinin öz klubları ilə müqavilə müddəti başa çatmayıb. Transfer olunacaq futbolçuları hansısa qiymət çərçivəsində dəyərləndirməyimiz çətindir. Futbolçular eyni şərtlərlə daha çox Rusiya, Türkiyəyə və ya digər ölkələrə getməyə üstünlük verirlər. Bu baxımdan Azərbaycana futbolçu gətirmək bir qədər çətindir. Biz konkret olaraq adlara üstünlük vermirik, daha çox komandaya uyğun futbolçu axtarırırq. Həm də ad çəkilən zaman futbolçuların qiyməti realdakından çox şişirdilir. Hazırda yalnız bir nəfərlə konkret razılaşma əldə olunub”.

Qeyd edək ki, Ağdam klubunun İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov, Pedro Enrike və Ramil Şeydayevlə yolları ayırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM