Qardaşı Şeyxülislamın müdafiəsinə qalxdı

12:36 | 23.04.2014
Qardaşı Şeyxülislamın müdafiəsinə qalxdı

Qardaşı Şeyxülislamın müdafiəsinə qalxdı

“Bu məlumatlar heç bir həqiqəti əks etdirmir”. Bu sözləri “Axar.az”a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə dedi. Onun sözlərinə görə, Şeyxlə bağlı yayılan məlumatların hamısı qərəzli və məqsədlidir: “Mən bununla bağlı heç bir açıqlama vermirəm. Bu barədə səhih olaraq Şeyxin mətbuat katibi danışa bilər. Ancaq bilin ki, bu yayılan, redaksiyalara göndərilən məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Onlar şeyxin fəaliyyətinə qarşı kampaniya aparırlar. Qoy, bacardıqlarını etsinlər”. Şeyxin Mətbuat Xidməti ilə əlaqə yaratmağa çalışsaq da heç kim telefonlarımıza cavab vermədi. Qeyd edək ki, redaksiyamızın elektron ünvanına artıq bir aydan artıqdır ki, ardıcıl olaraq Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə bağlı ittiham dolu məlumatlar göndərilir. Həmin xəbərlərdə Şeyxin oğlunun radikal dini təriqətə qoşulduğu, qızlarından birinin isə nurçu olduğu qeyd edilir. Sonuncu məktubda isə “həqiqəti xırdalığına qədər” yazmağı qarşısına məqsəd qoyan naməlum müəllif Şeyxin qızının üç il bundan əvvəl nurçuluğu qəbul etdiyini, bu təriqət mənsubları arasında yüksək vəzifə tutduğunu və ona “abla” deyə müraciət edildiyini bildirir. Xatırladaq ki, Şeyxə qarşı bu tip informasiyalar Qafqaz Müsəlmanları İdarəsinin yanvarın 28-də böyük tədbir keçirməsi və ilk dəfə olaraq, ölkədə təriqətlərin təhlükəli vəziyyətə gəlməsini QMİ səviyyəsində rəsmən bəyan etməsindən sonra başladı. Daha sonra Suriyada döyüşənlərə və nurçulara qarşı sərt mövqe göstərən Qafqazın şeyxi barədə müxtəlif dövlətlərin rəsmiləri ilə münasibətlərindən, onlardan qeyri-qanunu maliyyə yardımı almasından bəhs edən xəbərlər sürətlə mediaya ötürülməkdədir. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM