"Qardaş"ımızın erməni gəlini Məryəm: Bizdə namus... - FOTOLAR

09:21 | 07.07.2019

"Qardaş"ımızın erməni gəlini Məryəm: Bizdə namus... - FOTOLAR

Türkiyənin FOX telekanalından İlker Ayrıkın aparıcılığını etdiyi "Yaparsın aşkım" verilişinin dünənki buraxlışı maraqlı məqamları ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, verilişin evli cütlüklərindən Gürselin həyat yoldaşı Məryəm erməni olduğunu bildirib.

Məryəm Türkiyəyə istirahət məqsədi ilə gələrkən Gürselin ondan xoşu gəldiyini və nəticədə ailə qurduqlarını bildirib. Ermənistanda məşhur aktrisa olduğunu deyən gənc qadın veriliş boyunca türkləri aşağılayan ifadələr işlədib. Türkcə səlis danışan Məryəm əvvəlcə aparıcının ünvanına "Siz türkcə bilmirsiniz?", sonra tamaşaçılara "Burada, deyəsən, heç kim türkcə bilmir" sözlərini deyib. Aparıcı erməni qızının bu ifadələrinə, sadəcə, gülüşlə cavab verib.
Məryəm "Ermənistanda Gürselnən mən Demet Akalın-Okan Kurt cütlüyü kimiyik. Ermənistanda bizə diqqət böyük" açıqlaması ilə diqqət çəkib.

Erməni qızının növbəti atmacası isə daha sərt alınıb:
"Ermənistanda namus çox önəmli. Kimdən qız alırlar, kimə qız verirlər, belə şeylərə bizdə çox önəm verirlər".

Hər kəlməsi "Ermənistan" ifadəsi ilə başlayan Məryəmə maraq böyük olub. "Yaparsın aşkım"ın aparıcısı İlker Ayrık ermənilərin yeməklərini tərifləyib:
"İstanbulda erməni yeməkləri möhtəşəmdir, müdhişdir" .

Bir qızları olduğunu bildirən erməni aktrisa "Mən Gürselə demişəm, mənə maşın almasan, uşaq doğmayacam. Bir qızım var, ikinci uşağı istəyir. Deyirəm maşın al sonra" ifadələri ilə ərini efirdə çətin vəziyyətdə qoyub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti