Qaçırılan 273 qızdan xəbər var

19:56 | 27.05.2014
Qaçırılan 273 qızdan xəbər var

Qaçırılan 273 qızdan xəbər var

Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, aviasiya marşalı Aleks Badenin dediyinə görə, "Boko Haram" terror qruplaşmasının ötən ay qaçırdığı məktəbli qızların harada olduqlarını bilirlər.

Milli.az bildirir ki, Nigeriyanın paytaxtı Abucada etiraz aksiyası keçirən on minlərlə nigeriyalının qarşısında çıxış edən A.Bade deyib: "Qızların harada saxlandıqlarını bilirik. Amma bunu sizə deyə bilmərik. Hərbi sirləri sizə verə bilmərik. Çalışırıq və bu yaxınlarda o qızları azad edəcəyik".

Onun sözlərinə görə, 273 qızın xilas edilməsi üçün hərbçiləri çox ustalıqla hərəkət etmək istəyirlər. "Kimsə bizə deməsin ki, terrorçuların nə etmək istədiklərini bilmirik. "Boko Haram"la bağlı məlumatlara malikik", - marşal Aleks Bade söyləyib.

"Boko Haram"ın lideri Əbubakar Şeku bəyan etmişdi kim, qızları qonşu ölkələrə qul kimi satacaqlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM