Qarlı havada 75 nəfər sınıq və əzilmə xəsarətləri alıb - RƏSMİ

11:33 | 15.01.2024
Qarlı havada 75 nəfər sınıq və əzilmə xəsarətləri alıb - RƏSMİ

Qarlı havada 75 nəfər sınıq və əzilmə xəsarətləri alıb - RƏSMİ

Qarlı hava ilə əlaqədar 75 nəfər müxtəlif sınıq və əzilmə xəsarətləri alıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirib. 
 
Ümumilikdə isə 137 vətəndaş müraciət edib. 
 

"Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər", - məlumatda deyilir. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM