ABŞ-ın Çikaqo şəhərinin “O Hare” Beynəlxalq Havalimanına sərnişin daşıyan səkkiz vaqonlu qatar son dayanacaqda dayana bilməyərək eskalatorlara çırpılıb.Modern.az saytı xəbər verir ki, yüksək sürət səbəbiylə meydana gəldiyi düşünülən qəzada 32 adam yaralansa da, ölən olmayıb.Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralılar arasında vəziyyəti ağır olan yoxdur.Qəzadan sonra ABŞ-ın ən işlək havalimanlarından biri olan “O Hare”-yə şəhərətrafı səfərlər müvəqqəti olaraq dayandırıldı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !