Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan "Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının "Avropa film forumu” bölümünə dəvət alıb.
Mədəniyyət və Turzim Nazirliyindən verilən məlumata görə, festival 28 noyabr - 4 dekabr tarixlərində Tbilisidə keçiriləcək. Filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın "Black and White Studio”, Gürcüstanın "Studio 33A” və "Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Filmin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !