Şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.
Bu barədə Anews.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb və yol verdikləri qayda pozuntuları onlara izah olunub. Həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !