"Gələn il hansı klubda oynayacağımı bilmirəm" - Messi
![](https://anews.az/photo/850x500/2015-01/1421094732_1.jpg)
"Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu gələn il hansı klubda oynayacağını bilmədiyini deyib:
"Nələr olacağını bilmirəm. Argentinada futbola başladığım "Newell's Old Boys"a qayıdıb-qayıtmayacağımı bilmirəm. Futbolda bir gecədə hər şey dəyişə bilər. Hər zaman karyeramı "Barselona"da başa vuracağımı söyləyirəm. Ancaq gələn il hansı klubda oynayacağımı bilmirəm".
Qeyd edək ki, baş məşqçisi Luis Enrike ilə arasında problem yaşandığını söylənilən Messinin komandadan ayrılacağı iddia olunur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər