• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

İlham Əliyev müəllimlərin maaşını artırdı

İlham Əliyev müəllimlərin maaşını artırdı
16.01.2015 17:53
Azərbaycan Prezidenti İlham Əliyev müəllimlərin əmək haqqının artırılması haqqında sərəncam imzalayıb.

ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
 
"Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Qaynari.nfo 02:32
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Qaynari.nfo 22:26
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Bakıda yollar buz bağladı
Qaynari.nfo 21:44
Bakıda yollar buz bağladı
Prezident sosial yardımla bağlı fərman imzaladı
Qaynari.nfo 23:08
Prezident sosial yardımla bağlı fərman imzaladı
İlham Əliyev müəllimlərin maaşını artırdı
Qaynari.nfo 17:53
İlham Əliyev müəllimlərin maaşını artırdı
MTN-dən İŞİD təhlükəsi haqda AÇIQLAMA
Qaynari.nfo 11:34
MTN-dən İŞİD təhlükəsi haqda AÇIQLAMA
Azərbaycanda 10 İŞİD-çi tutuldu
Qaynari.nfo 16:29
Azərbaycanda 10 İŞİD-çi tutuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol