• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Polad Bülbüloğlu təltif olundu

Polad Bülbüloğlu təltif olundu
25.02.2015 19:36
Fevralın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə gedib.

Azərbaycanın Rusiyadakı səfriliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Olduqca müsbət və dostluq ab-havasında keçən görüşdə səfir Polad Bülbüloğlu və Dağıstanın başçısı Ramazan Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsi haqqında razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ramazan Abdulatipov Polad Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pikasso əsərlərini kimə bağışlayıb?
Qaynari.nfo 07:07
Pikasso əsərlərini kimə bağışlayıb?
Aygün “O Səs Türkiyə”də qalib oldu - VİDEO
Qaynari.nfo 06:43
Aygün “O Səs Türkiyə”də qalib oldu - VİDEO
Tanınmış aktyor vəfat etdi
Qaynari.nfo 09:11
Tanınmış aktyor vəfat etdi
Polad Bülbüloğlu təltif olundu
Qaynari.nfo 19:36
Polad Bülbüloğlu təltif olundu
Həyatda ikən ən çox qazanan rəssam
Qaynari.nfo 11:18
Həyatda ikən ən çox qazanan rəssam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol