• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan neftə əvəz tapdı - VİDEO

Azərbaycan neftə əvəz tapdı - VİDEO
25.02.2015 23:59
Azərbaycan şist yataqlarının öyrənilməsinə başlayıb.

ANS TV-nin məlumatına görə, şist yataqlarının işlənməsi ilə bağlı tədqiqatlar xarici şirkətlərlə birgə aparılır. Azərbaycan bu sahədə Kanadanın təcrübəsi ilə daha çox maraqlanır. 

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, yerli mütəxəssislər bir neçə dəfə Kanadaya səfər edərək ordakı texnologiya ilə tanış olublar. Azərbaycanın şist ehtiyatları Kanada ilə müqayisədə çox cüzi olsa da, amma onların varlığı sübut olunub. Amma həmin yataqların işlənməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi məqsədəuyğun saymır. Bununla bağlı qurum narazılığını da ifadə edib.

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə şist yataqlarının ekologiya üçün təhlükəli olduğunu deyir. O yeni texnalogiyaların tətbiqinin mümükünlüyünü vurğuladı.

Azərbaycanda şist yataqları əsasən Qobustan, Şamaxı-İsmayıllı və Abşeron bölgələrində mövcuddur. Bu yataqların istismarı baha başa gəldiyindən indiyədək onlara maraq göstərilməyib. Şist- neft və ya qaz hopmuş süxurlardır. Belə yataqlardan neft-qaz almaq üçün həmin süxurlar yüksək hərarətə qədər qızdırılır, daha sonra böyük həcmdə su vurularaq soyudulur. Buxarlanmış neft mayeyə çevrilir. Qaz isə şistdən ayrılır. Bütün dünyada bu üsul ekoloji problemlərə görə tənqid olunur.

Qaynar.info

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
Azərbaycan neftə əvəz tapdı - VİDEO
Qaynari.nfo 23:59
Azərbaycan neftə əvəz tapdı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol