• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI

Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
28.05.2020 21:34
Bakıda xidmət göstərən "London taksi”lərinin sürücülərinə xüsusi cərimələr tətbiq olunub. 

ANS PRESS-in məlumatına görə, yeni tətbiq olunan cərimələrin məqsədi taksi sürücülərinin işlərinə daha məsuliyyətli xidmət etməsinə hesablanıb.

Avropa Oyunları ərəfəsində xidmətin səviyyəsini yüksəltmək məqsədilə tətbiq olunan cərimələrin növünə görə qiymətləri də dəyişir.

Yeni qəbul olunmuş qaydalara görə, əgər sürücünün üzü tüklü olarsa, onu 10 manat cərimə edəcəklər. Yağışlı günlər istisna olmaqla, taksini çirkli saxlayan, siqaret çəkən, nəzərdə tutulan saydan çox sərnişin və yük daşıyan taksi sürücüləri də 10 manat cərimə olunacaq.

Geyim formasını pozan sürücülər isə 30 manat cərimələnəcək. Eyni zamanda qısa məsafəyə getməkdən imtina edən və sifariş qəbul etdikdən sonra, həmin əraziyə getməkdən əsassız imtina edən sürücülər də 30 manat cərimələnəcək.

Bundan başqa, taksi sürücüsü sayğacdan istifadə etmədən sərnişin apararsa, bu zaman ondan qayda pozduğuna görə 50 manat alınacaq. Eyni zamanda sürücü yük yerində sərnişin apararsa, müştərilə kobud rəftar edərsə və müştəridən gedişhaqqından artıq pul alarsa, bu zaman o, 50 manat cərimələnəcək. Yeni qaydaya görə, sürücü 50 manat əlavə xərcə düşmək istəmirsə, baş verən yol qəzası haqqında rəhbərliyə dərhal məlumat verməlidir.

Təzə qaydalara görə, "London taksi” sürücüsü avtomobilə quraşdırılmış işıqlı posterlərin korlanması səbəbində 100 manat ödəməlidir. Taksi sürücüsü 200 manat cərimələnmək istəmirsə, o zaman avtomobili başqasına verməməlidir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Qaynari.nfo 02:23
Nazirlik “Baku Electronics”ə qarşı iş qaldırdı
Rəsul Cəfərova 9 il həbs istənildi
Qaynari.nfo 02:22
Rəsul Cəfərova 9 il həbs istənildi
Azərbaycanda qeyri-adi traktor - FOTO
Qaynari.nfo 22:51
Azərbaycanda qeyri-adi traktor - FOTO
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Qaynari.nfo 21:34
Bakıda taksi sürücülərinə yeni cərimələr - SİYAHI
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
12:27
Ermənilər azərbaycanlı sabiq futbolçunu qətlə yetiridi
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Qaynari.nfo 20:13
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
Ən hündür azərbaycanlı – FOTO
Qaynari.nfo 12:48
Ən hündür azərbaycanlı – FOTO
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 10:07
İtkin düşən balıqçılardan SON XƏBƏR
Qaynari.nfo 20:46
"İdman Azərbaycan" telekanalının baş direktoru işdən çıxarıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol