Azərbaycan çempionatında idmançı öldü

Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi qeydə alınıb.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Suraxanı rayonu 30-cu polis bölməsindən verilən məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub.
Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib.
Belə ki, ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib.
Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 