Robert Prosineçkinin ilk qələbəsi

Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Malta yığmaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, matçda 2:0 hesabı ilə Azərbaycan yığması qələbə qazanıb.
4-cü dəqiqədə Cavid Hüseynov başla zərbə ilə hesabı açıb, əlavə olunmuş vaxtda isə Dmitri Nazarov effektli zərbə ilə matçda son nöqtəni qoyub.
Azərbaycan yığması ilk qələbəsini qazanaraq, 5 xalla 3-cü yerdə qərarlaşıb və Malta yığmasını geridə qoyub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 