Azərbaycan Rusiyaya qalib gəldi

Los-Ancelesdə sərbəst güləş üzrə Dünya kuboku başa çatıb.
Oxu.Az xəbər verir ki, Türkiyə (7:1) və Belarus (6:2) üzərində qələbədən sonra qrup mərhələsinin həlledici matçında Azərbaycan yığması İran tərəfindən darmadağın edilib.
Yığmamızın heyətində yeganə qələbəni olimpiya çempionu Şərif Şərifov qazanıb.
Qrupda 2-ci yeri tutan Azərbaycan bürünc medallar uğrunda mübarizəyə qoşulub. Burada yığmamız paralel qrupun 2-ci olmuş komandası – Rusiya yığması ilə mübarizə aparıb. Gərgin matç 4:4 hesabı ilə başa çatsa da, Azərbaycan yığması xalların hesabına fəxri 3-cü yeri tutub.
Komandamızın tərkibində Hacı Əliyev (61 kq), Maqomed Müslimov (65 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Maqomedov (125 kq) rusiyalılara qalib gəliblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər